Web Project Manager/Product Owner
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məlumat:

11 ildən çox fəaliyyət göstərən və bir çox yerli və beynəlxalq layihələr üzrə müxtəlif veb proyektləri icra edən, son illərdə SaaS və veb tətbiqləri üzrə ixtisaslaşan Prosper MMC-nin Proqram Təminatı komandası Məhsul Portfelinin İdarə olunması üzrə Menecer (Web Project Manager/Product Owner) üzrə ixtisaslaşmış təcrübəli və bacarıqlı menecer axtarışındadır.
Vəzifə: Web Project Manager/Product Owner
Əmək haqqı: Vakantın təcrübəsinə uyğun olaraq bonuslarla birgə 1200 – 2000 AZN
İş qrafiki : Həftədə 5 gün. Qeyd, layihələrin gedişatına və tələblərinə uyğun olaraq şənbə günü müəyyən hallarda iş günü ola bilər.
Hansı növ/tip layihələr üzərində çalışırıq?
  • Korporativ saytlar
  • Veb tətbiqlər (web application)
Əsas komanda üzvləri kimlərdən ibarətdir?
– Layihə meneceri, Dizayner, Front-end üzrə proqram təminatçıları, Back-end üzrə proqram təminatçıları, QA üzrə proqram təminatçıları.
Komanda daxili hansı alətlərdən istifadə edirik?
– Figma, Slack, GitLab, WhatsApp, Loom

Namizədə Tələblər:

  • Müvafiq sahədə ən azı 2 il peşəkar təcrübə, həmçinin 2 veb tətbiqin qurulmasında iştirak/təcrübə;
  • Veb məhsulun yaradılması və komandanın idarə olunması sahəsində təcrübə;
  • Tələblərin toplanması, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə;
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar,
  • Layihələrin idarəetmə və təqdimat bacarığının olması;
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • “Agile” və “Scrum” metodologiyaları üzrə məlumatlılıq;
  • İngilis və Rus dillərini mükəmməl bilmək arzu olunandır;
  • Yaş həddi: 25-38 arası.

Vəzifə Öhdəlikləri:

  • Sifarişçi ilə görüşlərin və müsahibələrin keçirilməsi;
  • Biznesin və layihənin tələblərini müəyyənləşdirmək və məlumatların əks olunduğu briflərin tərtib olunması;
  • İstifadəçi rollarını, istifadəçinin xəritəsini (user map), istifadəçinin funksionallığını müəyyənləşdirmək;
  • Figma proqramında prototip hazırlamaq və Loom proqramı üzərində video təqdimatını hazırlamaq
  • Texniki tapşırıqların yazılması və komanda/müştəri ilə bölüşülməsi;
  • Layihənin icrası zamanı, dizayn və proqramlaşdırma komandası ilə sıx əməkdaşlıq, sualların cavablandırılması və istiqamətləndirilməsi;
  • Layihənin uğur qazanması və tələblərə uyğun hazırlanması üçün prosesə rəhbərlik etmək;
  • İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
  • Məhsul ilə bağlı tələbləri və problemləri aşkarlamaq üçün komanda üzvləri ilə əməkdaşlıq etmək;
  • Məhsulun və layihənin inkişafı üçün yeni təkliflər hazırlamaq;
  • Tələblər və yekun materialları proqram təminatı komandası və layihə rəhbəri ilə müzakirə etmək;
  • Layihə ilə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
  • Maraqlı tərəflərlə birlikdə məhsulun istifadəyə buraxılmasının planlaşdırılması və icra olunması;
  • Layihələrlə bağlı gedişatı izləmək və qiymətləndirmək;
  • Məhsulun hazırlanma prosesində hərtərəfli şəkildə izləmək və istiqamət verməklə proqram təminatı komandası ilə sıx əlaqə;
  • Sifarişçinin məmnuniyyətini artırmaq üçün layihənin gedişatını və son məhsulun keyfiyyəti barədə araşdırma etmək və nəticələri komanda ilə bölüşmək;
  • Layihələrin sonunda hesabatın formalaşdırılması və layihə ilə bağlı bütün məlumatların arxivlənməsi.

Tez tez verilən suallar:

  • Sizinlə frilans işləyə bilərəmmi?
  • Bəli işləyə bilərsiniz, layihənin həcmindən asılı olaraq məvacibi razılaşdıra bilərik.
  • Əlaqə:
  • hr@prosper.az
  • CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.
  • Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi rica olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@prosper.az elektron poçt ünvanına göndərmələri və imeylin mövzu hissəsində mütləq “Web Project Manager/Product Owner” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

İT Biznes Analitik

Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...

Honey Bee Development Capital

19.08.2025 - Bakı

Data Analitik

AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...

AS Group

13.08.2025 - Bakı

İT üzrə Biznes Analitik

PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...

Prosys LLC

11.08.2025 - Bakı

400₼
Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi

Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Apar şirkəti

11.08.2025 - Bakı

2000 — 2500 ₼
Biznes analitik

Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı

1200₼
Şəbəkə inzibatçısı

Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

06.08.2025 - Bakı