Qısa məzmun
A+Co ASC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Maliyyə sahəsində ali təhsil; MBA (Maliyyə üzrə) ali təhsili və uyğun sahə üzrə sertifikatları olan İFRS bilikləri olan namizədlərə üstünlük verilir.
- Yaş: 25-35;
- Bu sahə üzrə minimum 2 il iş təcrübəsi;
- MS Office (MS Excel) proqram bilikləri;
- İnternetbanking sistemi ilə çalışma bacarığı
- Rus dili biliyi əlavə üstünlükdür;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
Vəzifə öhdəlikləri:
- Şirkətin müxtəlif mədaxil,məxaric orderləri,rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət etmək;
- Hesab fakturaların, ödəniş tələbnamələrinin, müqavilələrin, maliyyə çıxarışlarının və digər sənədlərin düzgünlüyünün yoxlanılması və müqayisə edilməsi, yarana biləcək qeyri müyyənliklər aydınlaşdırılması üçün təchizatçılar ilə əlaqə yaradılması, eyni zamanda təchizatçıların bütün sorğularının cavablandırılması;
- Təchizatçılara ediləcək ödənişlərin nəzarətda saxlanılması, hesab-fakturaların və xərclər üzrə hesabatların əsasında hesablara və xərc mərkəzlərinə salınması, qeydiyyatı və xərclərə nəzarət;
- Bank ödəniş tapşırıqlarının hazırlanması, imzalanması və ödənişin icrası üçün banka təqdim olunması;
- Rəhbərliyin verdiyi digər tapşırıqların həll edilməsi;
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur ;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
- 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...