Qısa məzmun
Money4you.financial AG Zrt. Mühasib (AC) vəzifəsi üzrə vakansiya elan edir.
İş haqqında məlumat:
- Bütün mühasibat əməliyyatlarını mühasibat prinsiplərinə əsasən aparmaq
- Büdcələrin hazırlanması və maliyyə proqnozları
- Maliyyə hesabatlarının vaxtında nəşr edilməsi
- Ay sonu və il sonu proseslərinin keçirilməsi
- Hesab məlumatlarını toplamaq, təhlil etmək və yekunlaşdırmaq
- Balans, gəlir/ zərər hesabatının hazırlanması və s.
- İdarəetmə üçün periodik hesabatların hazırlanması
- Maliyyə əməliyyatları üzrə audit və mühasibat nəzarəti prosedurlarının sənədləşdirilməsi
- Məlumatın gizli saxlanması və onları təsadüfi verilənlər bazası ehtiyatları ilə təmin etmək
- Maliyyə siyasəti, tənzimləmə və qanunvericiliyin qorunması
Tələb olunan bacarıqlar:
- İngilis dili bacarıqları (Ən azı B1 səviyyəsi)
- Biznes, Maliyyə, Mühasibat və ya digər əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi
- Azərbaycan Respublikasının Verqi Məcəlləsini bilməli
- Əmək və nizam-intizam qaydalarına riayət etməli
- Mükəmməl Microsoft Office 2019 bacarıqları və 1C Proqramında sərbəst işləməli
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalı
- Böyük miqdardakı məlumatların idarə etməli
- Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
- Nəzarət etmək və yerində təlimat vermək bacarığı
- Detallar üzrə yüksək dəqiqlik
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməli
Zəhmət olmasa, CV-nizi e-poçt ünvanına mövzu sətrində “Mühasib (AC)” yazaraq göndərin.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...