Qısa məzmun
Kontakt Home Satış Direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Aylıq, həftəlik və illik satış hədəflərini təyin etmək və idarə etmək;
- Marketing strategiyalarının, trendlərin analiz və nəticələrinin gəlir planının təhlilini aparmaq;
- Regionlar və ərazilər üzrə illik satış kvotalarını proqnozlaşdırmaq və inkişaf etdirməklə satış məqsədlərini müəyyən etmək;
- Mövcud və yeni məhsullar üçün satış həcmini və mənfəətini proqnozlaşdırmaq;
- Satış qiymətlərinin müəyyən edilməsi üçün bazar araşdırması aparmaq;
- Bazar tələblərini və rəqabət mühitini aşkarlamaq;
- Rəqibləri , bazarda tələbatını, dəyişkən tendensiyaları araşdıraraq satış həcmini yüksəkdə saxlamaq;
- Müştəri bazasının genişləndirilməsi məqsədi ilə strateji plan hazırlamaq və icra edilməsinə nəzarət;
- Korporativ müştərilərlə menecment səviyyəsində əlaqələr yaratmaq;
- Müştəri ehtiyac və məqsədlərini aşkarlamaq üçün onlarla daim ünsiyyətdə olmaq;
- Güclü, uzunmüddətli şirkət və müştəri münasibətlərini yaratmaq, inkişaf etdirmək və idarə etmək;
- Satış komandasının təlim və inkişaf ehtiyaclarını müəyyən etmək;
- Komandanın motivasiyasının yüksək saxlanılması üçün təkliflər hazırlamaq və komandanın hədəflərinə çatmasında lazımı dəstəyi təmin etmək;
- Satış sonrası müştəri məmuniyyətinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmaq və nəzarət mexanizmini tətbiq etmək;
- Xərcləri, rəqabəti, tələb və təklifi izləməklə satış qiymətlərini düzgün təyin etmək və tənzimləmək;
- İş nəticələrinə əsasən işçilər üzrə iş yükünü bölüşdürərək və sxemləşdirərək yerli satış proseslərinin tələblərini yerinə yetirmək;
- Satış, mühasibatlıq və əməliyyat şöbələri ilə birgə iş quraraq satış tələblərini yerinə yetirmək;
- Marketinq və satış arasında olan sıx və ardıcıl əlaqənin yaradılması ilə KPİ hesabatlarının verilməsi;
- Aparılan analitik hesabatlar vasitəsi ilə potensial müştərilər haqqında məlumatların keyfiyyətini yoxlamaq.
Tələblər
- Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
- Ümumi satış təcrübəsi 5-8 il, rəhbər təcrübəsi ən azı 3 il;
- Azərbaycan və Rus dillərində mükəmməl yazma və ünsiyyət bacarığı, İngilis dili yaxşı;· MS Office proqramlarından istifadə etmək bacarığı;
- Məlumatların təhlili, hesabatların hazırlanması və tendensiyalar əsasında strateji qərarların verilməsi sahəsində təcrübəsi olmalıdır;
- Qısa müddət ərzində bir neçə layihəni eyni anda idarə etmə bacarığı;
- Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
- Satış sahəsi üzrə nəzəri və praktiki bilgiləri, komanda idarəedilməsi bacarığı olmalıdır;
- Yüksək səviyyədə ünsiyyət qurma və təqdim etmə bacarığı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/ky1kdoua
Oxşar vakansiya siyahısı:
Satış üzrə auditor
Absheron Satış üzrə auditor vəzifəsi üzrə vakansiya elan edir. ...
1800₼
Regionlar üzrə satış müdiriİceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Satıcı-kassir
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
Satış məsləhətçisiZuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
Merçandayzer ( QUBA ərazisi üzrə)
İnci Group Of Commpanies Merçandayzer ( QUBA ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi
Atəşgah sığota Pərakəndə SatışSığorta üzrə Sığorta Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...