Qısa məzmun
Solamedical MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Yaş: 20-35;
- Təhsil: Ali tibb təhsili;
- Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi mütləqdir;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yaradıcı qabiliyyətə malik olmaq;
Vəzifə öhdəlikləri:
- Öncədən təyin olunmuş həkim ziyarətlərinin həyata keçirilməsi;
- Təyin olunmuş vaxtda həkimlərə müvafiq tibbi informasiyalar üzrə təqdimatların hazırlanması;
- Müəyyən konfransların təşkilində iştirak edilməsi;
- Keçirilmiş proqramların səmərəliliyini müəyyən etmək üçün məlumatların təhlil edilməsi;
- Marketinq planlarının, kompaniya nəticələrinin və layihə tövsiyələrinin inkişaf etdirilməsi və rəhbərliyə hesabat verilməsi;
- Görülən işlər barədə mütəmadi olaraq hesabatların hazırlanması;
İş şəraiti:
- Əmək haqqı: 1000 AZN (gross)
- İş yeri: Xırdalan şəhəri
- İş qrafiki: Tam iş günü
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...