Maliyyə analitiki
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azertexnolayn LLC Maliyyə analitiki vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarının hazırlanmasında iştirak edilməsi;
  • Cari xərclərin yoxlanılması və təsdiq olunması;
  • Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
  • Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
  • Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
  • Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
  • Malların marjinallığının hesablanması və təhlil edilməsi.

Seçim meyarları:

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il
  • Təhsili/ixtisası: İqtisadiyyat üzrə ali təhsil
  • Təlim və kurslar: ACCA sertifikatları
  • Bacarıqlar: MS office (excel yüksək səviyyədə), Logo proqramı
  • Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür
  • Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

  • Struktur: Maliyyə şöbəsi
  • İş rejimi: 5 günlük  (09:00 – 18:00)
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “Maliyyə analitiki” başlığı altında ünvanına göndərmələri xahiş olunur

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı