Qısa məzmun
BESHOME MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş haqqında məlumat:
- Mebel materiallarının uçotu: daxil olmalar, çıxış, yerdəyişmə, qalığın yoxlanılması;
- Maliyyə uyğunsuzluqlarının yoxlanılması və aradan qaldırılması;
- Sənədləri yoxlamaqla maliyyə əməliyyatlarını təsdiqləmək və ödənişləri həyata keçirmək;
- Ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- Əmək haqqının hesablanması, ödənişi və qeydiyyatı;
- Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq;
- Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlamaq və təqdim etmək.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
- ƏDV ödəyici şirkətin hesabatlarını aparmağı bilməlidir
- Word və Excel proqramlarını bilməli;
- Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli;
- Analitik düşünmə qabiliyyəti.
Təminatlar:
- Əmək haqqı 500- 700 azn arası
- Qeyd : BESHOME MMC ofis və məişət mebel istehsalı edən hüquqi şəxdir (şirkətdir) . Ünvan Keşlə qəsəbəsi Yeni Köndələn küçəsi 22/13 . 201 nömrəli məktəb yaxınlığındadır . Ofis anbar və istehsalat yeri bir binada yerləşir .
- İş saatları – 09:00 -18 :00 (13:00-14:00 nahar fasiləsi)
- İş günləri – 6 gün . Bazar istirahət günüdür .
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...