Qısa məzmun
Modenis LLC eManat Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center) vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Daxil olan şikayətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi;
- Şirkətin əməkdaşlıq etdiyi provayderlər haqqında maksimum informasiyaya və həmçinin müştərilərdə sual doğura biləcək, informasiyaya malik olmaq;
- Sənədlərin düzgün ( qəbul olunmuş təlimatlara) uyğun olaraq işlənilməsi.
- İş yerində hər zaman qəbul olunmuş geyim formasında olmaq, səliqəyə riayət etmək;
- Professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
- Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
- Kommunikabellilik və səbrli olma bacarığı;
- Personal kompyuterdə istifadəçi səviyyəsində işləmə bacarığına malik olmaq;
- Bir tapşırıqdan digərinə tez keçə və adaptasiya olma bacarığı;
- Daxili fəaliyyət qaydalarına riayət etmək;
- İş prosesini düzgün icra edə bilmək üçün şirkət tərəfindən istifadə edilən proqram vasitələrindən xəbərdar olmaq və onlardan istifadə etmək;
- Tələb olunan hesabatları hazırlamaq (şöbə rəhbərinin fərdi tapşırığı əsasında);
- Müraciətlərə əsasən bəzi provayderlərlə (səlahiyyət çərçivəsində) əlaqə saxlamaq və problemin tez bir zamanda həllinə nail olmaq;
- Şöbənin digər əməkdaşlarının işdə olmadığı vaxtlarda (nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda) onları əvəz etmək.
Tələblər:
- Ali təhsilli.
- Dil Bilikləri – Azərbaycan və rus dilini mükəmməl , İngilis dili isə orta səviyyədə;
- Nitqində qüsur olmamalı;
- Veriləcək proqram təminatı ilə işləmə bacarığı ;
- Verilən tapşırığa adaptasiya olma bacarığı;
- Kollektivə uyğunlaşma bacarığı.
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 6 günü
- İş saatları növbəli (09:00-18:00,17:00-23:00)
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması.
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Müştərilərə xidmət şöbəsinin təmsilçisi” yazılmalıdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
500₼
Qeydiyyatçı1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...
Əlavə xidmətlər üzrə operator
Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...