Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PASHA Bank Mobile Developer vəzifəsi üzrə vakansiya elan edir.
Bizimlə siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
- Kiber-insidentlərin prioritetinin müəyyənləşdirilməsi; (L1 qiymətləndirmələrini yoxlanılması)
- Kibertəhlükəsizlik hadisələrinin araşdırılması və sistem sahibləri ilə əlaqə;
- Müxtəlif vasitələrdən daxil olan məlumatlara əsaslanaraq şübhəli halların araşdırılması;
- Jurnal (log) faylların təhlili və kiber-insidentlərin qarşısının alınmasında fəal iştirak;
- Zəruri hallarda problemlərin eskalasiya edilməsi;
- Yüksək və kritik prioritet hadisələri haqqında CIRT (Kibertəhlükəsizlik insident cavab qrupu) və L3 bildirilməsi;
- Əlavə məlumat toplamaq üçün L1 cəlb edilməsi;
- Kiber-insidentlərin L3 eskalasiya edilməsi;
- Təyin olunmuş sorğuların növbəliliyi əsasında iş prosesi;
- Cari zəifliklər və təhdidlər haqqında, xüsusilə daxili sistemlərə birbaşa təsir edən amillər haqqında məlumatlı olmaq;
- SİEM-in idarə edilməsi və “Playbook”ların hazırlanmasında iştirak;
- L1 monitorinq növbələrinin idarəedilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: İT Əməliyyatları və ya kibertəhlükəsizlik üzrə 1-3 il
- Lisenziya / Sertifikat: CCNA, RHCSA, MCP, MCITP, CCNA Security, CompTIA Security+; CompTIA CySA+ və kibertəhlükəsizliyə aid digər sertifikatlar arzuolunandır.
- Xarici dillər: İngilis və Rus
- Kompüter bilikləri:
- Şəbəkə təhlükəsizliyi, firewall, IDS/IPS, şəbəkə protokolları (i.e. TCP/IP) haqqında biliklər
- Zərəvericiliyə qarşı və digər kibertəhlükəsizlik vasitələri haqqında biliklər
- Son istifadəçi ƏS və Server ƏS haqqında biliklər
- Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında biliklər
- Syslog, http jurnalları, DB jurnalları və hadisə ilə bağlı tədqiqatın aparılması üçün məlumatlara sahib olmaq
- Jurnalların idarəetmə və ya təhlükəsizlik məlumatlarının idarəolunması vasitələri (SIEM) ilə təcrübə
- Təhlükəsizliyin qiymətləndirilməsi vasitələri üzrə təcrübə (NMAP, müxtəlif zəiflik skannerləri və s.)
Digər:
- Güclü analitik və problemi həll etmə bacarıqları
- Komandada iş bacarıqları
- Şifahi və yazılı ünsiyyət bacarıqları
- Kök-səbəb təhlili və problem həll etmə bacarıqları
- İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi bacarıqları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 18.01.2022-ci il tarixinə kimi müraciətlərinizi başlıqda “Kiber-insidentlərin Monitorinqi və Cavablandırılması üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
538₼
Proqram Layihəsinə Dəstək üzrə MütəxəssisAzəriMed LLC Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1200₼
Şəbəkə inzibatçısıAznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...