Qısa məzmun
İTSM MMC Satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- İT həllərin satışı üzrə mütəxəssis tələb olunur
- İş rejimi: 5 günlük
- İş saatı: 09:00-dan 18:00-dək
Vəzifələr:
- Yeni müştərilərin axtarışı və mövcud müştərilərlə əməkdaşlığın inkişafı
- Danşıqlar, təqdimatlar, kommersiya təkliflərinin hazırlanması
- B2B, B2C seqmentləri üçün şirkət məhsul və xidmətlərinin satışı
- İT bazarını başa düşmək
- Satışın bütün mərhələlərində (soyuq satışlar, danışıqlar, təqdimatlar, tenderlərdə iştirak, kommersiya təkliflərinin hazırlanması) tamamlanması və iştirakı və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət
- Danışıqların aparılması, müştəri ehtiyaclarının zəruri İT həllərinə (avadanlıq, lisenziya və xidmətlər) müəyyən edilməsi
- Müştərilərin fərdi müraciətləri üçün kommersiya təkliflərinin və təqdimatların hazırlanması (İT həllər şirkətin texniki mütəxəssisləri tərəfindən hazırlanır)
Namizədə tələblər:
- Ali təhsil (texniki təhsilə üstünlük verilir)
- Xidmətlərin satışı üzrə təcrübə tələb olunur (İT sahəsində təcrübə arzuolunandır)
- Müştəri bazasının mövcudluğu
- Satış prosesini başa düşmək
- MS Office (Excel, Word), CRM proqramlarının etibarlı istifadəçisi
- Yaxşı analitik və təşkilatçılıq bacarığı
- İşgüzar ünsiyyət bacarıqları və danışıqlar təcrübəsinin olması
- Azərbaycan, rus dillərini bilmək (ingilis dili əlavə üstünlük olacaq)
- Bacarıq və biliklərin təkmilləşdirilməsi üzərində işləmək bacarığı
Oxşar vakansiya siyahısı:
800 — 1300 ₼
Optik Tibbi NümayəndəAzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...