Xidmət və keyfiyyət şöbəsinə Aparıcı mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan beynəlxalq Bank Xidmət və keyfiyyət şöbəsinə Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankı Filiallarla iş departamenti Xidmət və keyfiyyət şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə vakansiyası elan edir.

Bu vəzifə sahibləri Bankın bütün Müştəri Xidməti Strukturlarında ( MXS) xidmət və keyfiyyət baxımından işlərin həyata keçirəcək, bu sahə ilə bağlı boşluqların tapılması, araşdırılması və tədbirlərin görülməsinə nəzarət edəcəkdir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • MXS-də göstərilən xidmət səviyyəsinin məsafədən və yerində müəyyən olunmuş meyarlarla ölçülməsi və qiymətləndirilməsi;
  • MXS-də aparılan monitorinq və qiymətləndirmələrə dair görülmüş işlər barədə hesabatların hazırlanması;
  • MXS ilə bağlı daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlərin aparılması;
  • İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması;
  • MXS-in iş şəraitinin qiymətləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin görülməsi;
  • MXS əməkdaşları tərəfindən daxil olan təkliflərin qeydə alınamsı və araşdırılması

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil(riyazi və ya iqtisadi);
  • Minimum 1 il bank sektorunda-maliyyə-hesabatlıq, filialda (əməliyyat, kredit və ya nəzarət) iş təcrübəsi;
  • Ofis proqramlarında, xüsusi ilə yüksək excel bilikləri;
  • Azərbaycan dili və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür)

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 fevral 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “ Xidmət və keyfiyyət şöbəsinə Aparıcı mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı