Baş Auditor/Qrup rəhbəri
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Paşa holding Baş Auditor vəzifəsi üzrə vakansiya elan edir. Audit layihəsi üçün İş Proqramını müəyyən etməlidir.

İşin təsviri:

  • • Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən həvalə edilmiş audit, sonrakı audit və xüsusi audit layihələrinin aparılmasına rəhbərlik etmək;
    • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
    • Audit layihəsi çərçivəsində onun rəhbərliyi altında olan əməkdaşların işinə nəzarət etmək;
    • Audit layihəsinin nəticələri barədə hesabatı hazırlamaq;
    • Audit layihəsi üçün İş Proqramını müəyyən etmək;
    • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;
    • Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına nəzarət etmək;
    • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
    • Daxili Audit Departamentinin direktoru tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
    • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
    • Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
    • Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
    • Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • • Ali iqtisadi və ya hüquqi təhsil (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
    • Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
    • CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük verilir;
    • Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
    • Bankçılıq sahəsini nizamlayan qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
    • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
    • Əla ünsiyyət, idarəetmə və liderlik bacarığı;
    • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək bacarığı;
    • Ezamiyyələrdə iştirak etmək imkanı;
    • Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • • CV-lər jobsaudit@pasha-holding.az ünvanına göndərilməlidir;
    • Mövzu sətrində “Baş Auditor/Qrup rəhbəri” qeyd olunmalıdır;
    • CV-lər 06 mart, 2020-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı

1000 — 1800 ₼
Mühasib

Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

30.05.2025 - Bakı

1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)

Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

Askona

29.05.2025 - Bakı

Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis

Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Zeytun Pharmaceuticals

27.05.2025 - Bakı