Qısa məzmun
PASHA Bank Assistant of Corporate Secretary vəzifəsi üzrə vakansiya elan edir.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
- İdarə Heyətinin müvafiq üzvünün gündəlik işlərini idarə edərək görüşlərin keçirilməsi;
- İdarə Heyətinin müvafiq üzvünün biznes tələblərinin icrası üçün işçi heyəti və struktur bölmələrlə əlaqələrin qurulması;
- İdarə Heyətinin müvafiq üzvünün qonaqlarının qarşılanması;
- İdarə Heyətinin müvafiq üzvünün gündəlik və səyahət səfərlərinin təşkilində fəal iştirak və bu prosesdə zaman və xərclərin effektiv idarəedilməsi;
- İdarə Heyətinin müvafiq üzvünə sənədlərin imza üçün təqdim edilməsi və onların yenidən müvafiq şəxslərə ötürülməsi;
- İdarə Heyətinin müvafiq üzvü və menecer tərəfindən müəyyən edilmiş tapşırıq və layihələrin planlaşdırılması və icrası;
- İdarə Heyətinin tabeçiliyində olan struktur bölmələrə inzibati dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Bakalavr təhsili
- İş təcrübəsi: 1-3 il
- Xarici dillər: İngilis və Rus
- Kompüter bilikləri: Microsoft Office
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 24.12.2021-ci il tarixinədək başlıqda “Korporativ Katiblik üzrə Assistent” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...