Qısa məzmun
eManat Baş Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. Səbrli, stressə dözümlü olmalıdır.
Tələblər:
- Ali təhsilli və müvafiq sahədə 2-3 il iş təcrübəsi;
- Kompüter proqramlarını(WORD,EXCEL) bilməli;
- Idarəetmə qabiliyyəti olmalı;
Öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi,saxlanması və mühafizəsi üzrə əməliyyatların yerinə yetirilməsi;
- İşçilərin əmək haqlarını və mükafatlarını hesablanması;
- Mədaxil-məxaric sənədləri əsasında kassa kitabında (Elektron excell cədvəldə) uçotun aparılması;
- Nağd pul və digər qiymətlilərin faktiki məbləği ilə kassa kitabındakı (Elektron excell cədvəldəki) qalıq məbləğin düzgünlüyünün yoxlanılması;
- Kassa kitabındakı (Elektron excell cədvəldəki) qalıqların məbləği ilə mühasibatlıqda 1C proqramında xəzinədəki vəsaitin qalıq məbləğlərinin düzgünlüyünün yoxlanılması.
- Kassa hesabatının tərtib edilməsi;
- Xəzinədarlıq şöbəsində işlərin sistemli aparılmasına, davamiyyətə nəzarət edilməsi;
- Xəzinəyə daxil olan vəsaitlərin əskinas və məbləğ üzrə (həftəlik, aylıq) analizlərinin aparılması;
- Banklara təqdim edilən vəsaitə uyğun əskinasların bölüşdürülməsi, analiz edilməsi;
- Banklara vəsait çıxışı üzrə marşrut istiqmətlərinin (həftəlik, aylıq) analiz edilməsi;
- Yararsız vəsaitlərin əskinas və məbləğ üzrə (həftəlik, aylıq) analizlərinin aparılması;
- Şöbə üçün lazım olan texnika və avadanlıqların alınması üçün analizlərin və araşdırmaların aparılması.
- Şöbədə mövcud texniki avadanlıqların istismarına və sazlığına nəzarət edilməsi.
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Baş xəzinədar” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...