Qısa məzmun
Mətanət A şirkəti İşə qəbul mütəxəssisi (recruiter) vəzifəsi üzrə vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
- Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
- Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;
- Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək;
- İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
- Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək;
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
- Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;
- Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.
- İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
- İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.
Əmək haqqı: Razılaşma yolu ilə.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Tələblər:
- Yalnız kişi namizədlər
- İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi(Vəzifə üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır)
- Təhsil: Ali
- AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;
- Mülki tikinti və İstehsalat sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan və Rus dili, İngilis dili əla səviyyədə;
- Kompüter bacarıqları: MS Office proqramları;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.
Mənbə: jobsearch.az