Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Superfon İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Problemləri həll etmə bacarığı olmalıdır.
Öhdəliklər:
- Xidmət etdiyi biznes strukturlarında işə qəbul,iş yerinin dəyişdirilməsi və işdən azad olunma prosesinin icrası, oriyentasiya və adaptasiyasının təşkili və müvafiq hesabatlılığın aparılması;
- Xidmət etdiyi biznes strukturlarında biznes problemlərinin araşdırılması və sürətli həll edilməsi;
- Xidmət etdiyi biznes strukturlarında əməkdaşların motivasiya siyasətlərinin işlənib hazırlanması, tətbiqi və karyera planlamasının təşkili;
- Vəzifə, maaş və iş yeri dəyişikliyi və eləcə də mükafatlandırma prosesinin aparılması və hesabatlılığı;
- Xidmət etdiyi biznes strukturlarında əməkdaşların nizam-intizam pozuntuları ilə bağlı proseslərin araşdırılmasında, lazımi qərarların alınması və icrasında birbaşa iştirak edilməsi;
- Xidmət etdiyi biznes strukturlarında iş yükü analizləri, işçi ehtiyyaclarının araşdırılmasının icrası.
Tələblər:
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil (İqtisadiyyat,İdarəetmə);
- Dil bilikləri:Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir (ingilis dilini bilməsi üstünlükdür);
- MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
- Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Korporativ mobil nömrə.
Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ İnsan Resursları üzrə Biznes Tərəfdaş” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 10.01.2022
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...