Qısa məzmun
Bank Respublika Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Əməliyyat risklərinin səviyyəsinin təhlil edilməsi, qiymətləndirilməsi, risklərin minimallaşdırılması üzrə tədbirlər, bankdaxili limitlər üzrə şöbə müdiri və departament direktoruna təkliflərin verilməsi və onların icrasına nəzarət edilməsi;
- Biznes proseslərin əməliyyat riskləri nöqteyi nəzərindən qiymətləndirilməsi və stress testlərin aparılması;
- Əməliyyat riskləri yarada biləcək orta və yüksək riskli biznes proseslərin təhlili və qiymətləndirilməsində iştirak;
- Risk kataloqunun hazırlanması və tədbirlər planının icrasına nəzarət;
- Risk və insidentlərin idarə edilməsi prosesi çərçivəsində risk və insident barədə ətraflı məlumatın müvafiq sistemə daxil edilməsi və həll olunmasının təşkil edilməsi;
- Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə bankdaxili təlimat və qaydaların hazırlanması, mütəmadi olaraq yenilənməsi;
- Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik dəstəyin göstərilməsi;
- Kredit sahəsi istisna olmaqla bütün bankdaxili normativ sənədlərin və yeni bank məhsullarının idarə etdiyi risklərin mənbəyi və təsiri baxımından qiymətləndirilməsi;
- Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə riskləri minimallaşdırmaq üçün bankın əməkdaşlarına treninqlərin təşkil edilməsi.
Namizədə qarşı tələblər:
- Ali iqtisadi təhsil;
- Əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır. Həmçinin bankdaxili digər sahələr üzrə çalışan şəxslərin namizədliyi də dəyərləndirilə bilər.
- Risklərin idarə edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunları;
- MS Office (Word, Excel, Outlook, PowerPoint) proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri yaxşı səviyyədə arzuolunandır.
- Təşəbbüskarlıq və novatorluq;
- Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 7 dekabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...