Müştəri xidmətləri rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Tufandag Mountain Resort Müştəri xidmətləri rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Müştəri xidmətləri agentlərinin işə götürülməsi, onlara təlim keçirilməsi və inkişaf etdirilməsi, həvəsləndirmə və səlahiyyət vermə yolu ilə məsul ola biləcəkləri mühitin yaradılması;
  • Müştəri xidmətləri təcrübəsinin təkmilləşdirilməsi, müştərilərin cəlb edilməsi, üzvlərin artımının asanlaşdırılması;
  • Müştərilərin problemləri ilə maraqlanmaq və həllinin izlənilməsi;
  • Komanda üçün aydın olan iş vəzifələrinin təyin olunması;
  • Xidmət prosedurları, siyasətləri və standartlarının inkişaf etdirilməsi;
  • Müştəri xidmətləri üzrə sənədləşmələrin dəqiq aparılması;
  • Dəqiq statistik hesabatların aparılması;
  • Sahə üzrə inkişafın izlənilməsi, həmin inkişafa paralel inkişaf etmək, təkmil təcrübələrin sahə üzrə tətbiq olunması;
  • Kəmiyyət və keyfiyyət üzrə hədəflərə çatmaq üçün resurslara nəzarət və aktivlərdən düzgün istifadə;
  • Təsdiq olunmuş büdəyə nəzarət və idarə edilməsi;
  • Prioritetlərə uyğun olaraq nizamlı iş axının təmin edilməsi;
  • Tabeçiliyinidə olan əməkdaşlara xidmət ilə əlaqədar mütəmadi təlimlərin keçirilməsini təmin etmək;
  • Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması;
  • Tələb olunan hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Vəzifəsi ilə əlaqədar birbaşa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Müvafiq sahədə təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
  • Müvafiq sahələrdə 3 il idarəedici səviyyədə iş təcrübəsi;
  • MS Office, Outlook (istifadəçi səviyyəsi);
  • Keyfiyyətə nəzarət sistemləri, təlim prosesi və biliklərin yoxlanılması, şikayətlərin idarə olunmasının prinsipləri;
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Biznes düşüncəsi və analitik zəkaya sahib olmalı;
  • Müştəri fokuslu və yüksək müştəri məmnuniyyəti əldə etməyə yönümlü;
  • Diqqətli, punktual, səbirli, məsuliyyətli və ünsiyyətcil olmalı;

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində işin adı (Müştəri xidmətləri rəhbəri) göstərilməklə e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq

mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...