Aparıcı xəzinədar
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Rabitabank OJSCAparıcı xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.

“Rabitabank” ASC Naxçıvan şöbəsinə Aparıcı xəzinədar vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
  • Nağd pulun qəbulunu və sayılıb çeşidlənməsini təmin edir.
  • Sayılmış pulların bandrollaşdırılmasını və bağlanmasını həyata keçirir.
  • Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
  • Müştərilərə ancaq baş xəzinədar və ya şöbə müdiri tərəfindən tapşırılmış qiymətlilərin mədaxili, məxarici və valyuta mübadiləsi xidmətini göstərir;
  • Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul vasitəsi ilə təmin edir;
  • Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
  • Dövriyyəyə yararsız nağd pula və digər qiymətlilərin dövriyyədən çıxarılmasına, dəyişdirilməsinə, bu sahədə Mərkəzi Bankın qaydalarına əməl edir;
  • Mərkəzi Bankın və Bankdaxili qayda və təlimatlarını bilmək, onlara riayət etmək.

VƏZİFƏ ÜZRƏ TƏLƏBLƏR:

  • Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
  • Aidiyyatı sahədə ən azı 2 il iş təcrübəsi
  • Vətəndaş qüsursuzluğuna malik olmalı;
  • Ciddi nəzarət etmək qabiliyyəti olmalı;
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli, tələbkar, təşəbbüskar olmaq.
  • Pul və qiymətlilərlə işləmə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aparıcı xəzinədar (Naxçıvan şöbəsi)” göstərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mühasib

Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

20.08.2025 - Şəmkir

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

19.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı