Qısa məzmun
Baku Business Solutions Mühasibatlıq üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş öhdəlikləri:
- Beynəlxalq mühasibat uçotunun tələblərinə uyğun olaraq aralıq və illik maliyyə hesabatlarını tərtib etmək
- Hesabatlılıq prosesinin və aylıq bağlanış prosedurlarının səmərəli təşkilini həyata keçirmək
- Xarici və daxili auditorlarla qarşılıqlı əməkdaşlıq, sorğuların emalı, məlumatları toplamaq və təqdim etmək
- BMHS tələbləri əsasında mühasibat uçotunun aparılması ilə əlaqədar mühasibatlıq komandasına metodiki dəstək vermək
- Mütəmadi olaraq müvafiq nəticələri anlamaq və texniki məsələlər və Mühasibat Uçotu Standartlarının dəyişiklikləri üzrə müntəzəm yenilikləri izləmək üçün onları təhlil etmək
- Bütün gündəlik əməliyyatların mühasibat uçotu (1C) proqramına daxil edilməsi;
- Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması;
- Vergi orqanları ilə yazışmalar;
- Vergi və mühasibat uçotunun aparılması;
- Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər bu kimi sənədləşmələrin və ödənişlərin yerinə yetirilməsi;
- Vergi hesab fakturaları və elektron qaimələrin yazılması;
- Bank və kassa əməliyyatlarının həyata keçirilməsi.
- İş qrafiki: 09:00-18:00;
- İstirahət günü: şənbə, bazar.
Namizədə tələblər:
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil
- Maliyyə və ya Mühasibat sahəsində 3 ildən çox iş təcrübəsi
- Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi
- Azərbaycan dilini əla, rus dilini və ingilis dilini yaxşı səviyyədə bilmək
- ACCA / CIMA
- IRFS
- Mühasibat uçotu (1C) proqramı
- Maliyyə Hesabatları və izahedici qeydlərlə işləmə bacarığı
- MS Ofis proqramlarında (Word, Excel) əla səviyyədə işləmə qabiliyyəti;
- Ofis avadanlıqları ilə işləmə bacarığı;
- Dəqiq, məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığı;
- Səliqəli, xoş görünüşlü və ünsiyyətcil;
- Professional etika və müsbət şəxsi keyfiyyətlər;
Əmək haqqı – 1000 AZN
Maraqlanan namizədlərdən yenilənmiş CV-lərini Mühasibatlıq üzrə Baş Mütəxəssis başlığı ilə elektron poçt ünvanına göndərmələri xahiş olunur
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...