Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Halal-P Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. İngilis və ya Rus dillərində ünsiyyət bacarıqları olmalıdır.
Tələblər:
- Satış təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur; avadanlıqlarla işləmisinizsə, bu sizin üstünlüyünüz olacaq.
- Bizim menecerimiz, yəni sən satış işilə həvəslə məşğul olursan. İnsanlara ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən. Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil – çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən.
- Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan.
- Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.
Məsuliyyətlər:
- soyuq zənglər vasitəsilə müştərilərin axtarışı;
- daimi müştərilərin qorunub saxlanılması;
- kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
- məlumatların satınalma şöbəsinə ötürülməsi (sorğular);
- CRM -də müştəri bazasının saxlanılması;
- xüsusi hesabatların aparılması;
- çətin vəziyyətlərin həlli (nadir hallarda olur).
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə
Seçim bir neçə mərhələdə aparılır:
- CV – bənzər bir təcrübənin varlığına baxırıq
- Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
- Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
- Rəhbərlə müsahibə
Şərtlər:
- yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar satırıq;
- sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
- satış texnologiyası üçün skriptlər bu mərhələdə mövcud deyil, ancaq bunları səninlə birlikdə yaradacağıq – uğurlu təcrübəni bölüşmək imkanın olacaq;
- menecerlərimizin aldıqları maksimum illik əmək haqqı (+ bonus) – 45000 AZN. Amma sən daha yaxşı nəticələrə imza ata bilərsən.
- Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;
Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et!
Aylıq fiks əmək haqqı: 650 – 850 AZN
Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə e-mail ünvanına göndərməyi unutma.
Bizimlə iş şən və perspektivlidir!
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...