Qısa məzmun
NetTech Məhsul Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Kompüter Elmləri, Mühəndislik və ya buna bənzər sahədə bakalavr dərəcəsi
- Oxşar vəzifədə minimum 2 illik təcrübə
- Dünyagörüşlə birlikdə yaradıcı düşüncə
- Detallara xüsusi diqqət yetirmək
- Nəticə yönümlü
- Problemləri həll etmək bacarığı
- Planlaşdırmaq, prioritetləşdirmək və təşkil etmək bacarığı
- “Agile” proses və prinsipləri dərindən bilmək
- Mükəmməl ünsiyyət, təqdimat və liderlik bacarıqları
- Microsoft Office məhsullarından istifadə bacarığı
İş barədə məlumat:
- Bazarın artım potensialını və cari bazar ehtiyaclarını təhlil edərək layihənin mümkünlüyünü müəyyən etmək üçün marketinq araşdırmaları aparmaq.
- Rəqiblərin araşdırılması və müqayisəli təhlili (rəqibin müştərilərə dair təcrübəsi, zəifliyi və gücü ilə bağlı dərin araşdırmalar aparmaq)
- Developerlərlə sıx şəkildə əməkdaşlıq edərək yeni layihənin hazırlanmasına nəzarət etmək. Lazım olduqda məzmun əlavə etmək
- Scrum çatdırılma platforması ilə inkişaf proseslərini izləmək
- Arxa, ön, dizayner, iOS və Android developerləri və moderator qrupu ilə yaxından işləyərək layihəni təkmilləşdirmə prosesində iştirak etmək.
- Platformanın funksionallığını yoxlamaq (xüsusi tətbiq, kuryer tətbiqi, Satıcı paneli, çatdırılma paneli, işçilər paneli) və xətaları bildirmək.
- İnkişaf etmiş layihələr üçün testlər hazırlamaq və xətaları bildirmək
- Platforma panelləri ilə əlaqədar sənədləri yeniləmək
- Məhsulu optimallaşması məsələlərini həll etmək üçün Marketinq, Satış, Moderasiya, Maliyyə qrupları ilə işləmək
- Məhsul platformalarını optimallaşdırmaq üçün developer ilə əməkdaşlıq etmək.
- Paylaşım və məzmun üçün marketinq qrupu ilə əməkdaşlıq etmək
- Məhsul Sahibi tərəfindən təsdiq edilmiş və verilən tapşırığın yerinə yetirilməsini təmin etmək
- Gündəlik standaplarda və həftəlik yeniləmə görüşlərində fəal iştirak etmək, komandaların işi ilə tanış olmaq, problemləri müəyyənləşdirmək və həll yollarını təklif etmək
- Rəqibləri və sənayeni izləmək və Rəhbərliyə təkliflər vermək
- Təyin olunmuş məhsul üçün müəyyən edilmiş həftəlik və aylıq prioritetlərə riayət olunmasını təmin etmək.
- Moderasiya qrupu üçün gündəlik və həftəlik iş planı hazırlamaq. Moderatorlar qrupunun işinə nəzarət etmək
İş şəraiti:
- İş saatı 10:00-19:00
- 5 günlük iş qrafiki
- Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir.
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissəsində “Məhsul meneceri”yazıb CV göndərməklə müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Inci Group of Companies LLC İT Texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...