Qısa məzmun
Kapital Bank DevOps mühəndisi (kiçik mütəxəssis\ mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Mövcud problemləri qiymətləndirmək və həmin problemlərinin həll olunması üçün müxtəlif komandaların proqramçıları ilə işləmək
- Proqram təminatlarının yerləşdirməsində yaranan çətinlikləri müəyyənləşdirmək və həll etmək
- Kodun vaxtında hazırlanmasında, keyfiyyətində və proseslərin səmərəliliyinin artırılması layihələrində iştirak etmək
- Təşkilat üçün kodlaşdırmanın standartlaşdırma və avtomatlaşdırma prosesləri üzrə planını hazırlamaq
- İstifadə edilən sistemlərin vəziyyətini yoxlamaq, nəzarət etmək, və müvafiq hesabatların hazırlanması kimi gündəlik tapşırıqları yerinə yetirmək
- Konfiqurasiyanın idarə edilməsi və problemlərin aradan qaldırılması biliklərini qorumaq və artırmaq
- Dəstəklənən texnologiyalardan və infrastrukturdan istifadə edərək tətbiqlərin yerləşdirməsində fəal iştirak etmək
- Təşkilatın developerlərin və texniki heyət üzvləri arasında onların kodlaşmada və inkişaf prosesində əsas zəif nöqtələrini müəyyən etmək üçün sorğu keçirtmək.
Tələblər:
- Ali təhsil
- DevOps kimi və ya SRE Mühəndis kimi “Agile” komandasında təcrübə arzuolunandır
- Mürəkkəb məlumatları qısa zamanda emal etmək, dəqiq və aydın şəkildə təqdim etmək bacarığı
- Komanda əməkdaşlığı ilə innovativ həlləri tətbiq etmək bacarığı
- Yeni texnologiyaların öyrənməsinə həvəsli və yeniliklərdən daim xəbərdar olmaq
- İş yerində şəffaflıq və güvən mədəniyyətini prioritet tutmaq.
- Linux əməliyyat sistemi ilə təcrübəsi mütləqdir
- Docker və Kubernetes ilə iş təcrübəsi arzuolunandır.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud mövzü hissəsində vakansiya adını qeyd edərək CV-nizini hr@kapitalbank.az email ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...