Qısa məzmun
ZK ACCESS MMC Ofis menecer vəzifəsi üzrə vakansiya elan edir.
ZK ACCESS MMC Təhlükəsizlik texnologiyaları üzrə dünya brendi ZKTeco-nun rəsmi distributorudur. ZKTeco giriş-çıxış nəzarət sistemləri və sürətli üz tanıma alqoritmi ilə ixtisaslaşan, eyni zamanda bir çox təhlükəsizlik həllərini xüsusi proqram təminatları üzərindən həyata keçirən qlobal bir şirkətdir.
İş barədə məlumat :
- Ofisin işi üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, işçilər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
- Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili va beynəlxalq yazışmaların aparılması;
- Gələn və gedən sənədlərin qeydiyyatı və uçotunu aparılması;
- Dövlət və qeyri-dövlət təşkilatlarına rəsmi sənədlərin çatdırılması məqsədi ilə kuryer xidməti ilə əlaqə saxlanılması və işlərin koordinasiya edilməsi;
- Şirkətin əməkdaşlarının işlə bağlı olan təyinat nöqtələrinə çatdırılması üçün logistika işlərinin koordinasiya edilməsi;
- Ölkə xarici ezamiyyətlər zamanı əməkdaşlar üçün bilet və otel rezervasiyasını təşkil edilməsi;
- Müəssisə direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması, gündəliyinin tutulması (görüşlər, zənglər, qəbullar, iclasalar v.s.);
- Rəhbərin imzalayacağı sənədləri nəzərdən keçirməsi, redaktə və korrektə edilməsi;
- Aylıq hesabatların, təqdimatları hazırlaması və rəhbərə təqdim edilməsi üçün aidiyyatı şöbələri məlumatlandırması;
- Rəhbər tərəfindən keçirilən iclasların hazırlıq işlərinin aparılması (lazımi materialların toplanılması, iclasın vaxtı və yeri, gündəliyi, qeydiyyatı barədə iştirakçılara məlumat verilməsi), iclas protokollarını tərtib edilməsi, iclas iştirakçılarına mail şəklində göndərilməsi və protokolların arxivlənməsi ;
- Müəssisə direktorunun Adminstrativ tapşırıqlarının yerinə yetirilməsi;
Tələblər:
- Ofis texnikası ilə işləmə bacarığı;
- Ali təhsil;
- İş təcrübəsi : Müvafiq sahədə minimum 1 il;
- Kargüzarlıq qaydalarını bilməli;
- MS Office proqramlarını bilməli;
- Dil bilikləri : Azərbaycan dilində mükəmməl şifahi və yazılı istifadə, Rus dili və İngilis dili bilikləri orta səviyyədə olmalıdır ;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Planlama qabiliyyəti;
- Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;
Vakansiyaya uyğun gələn namizədlərin cv-lərini hr@zkteco.biz elektron ünvanına göndərməkləri arzu olunur.
Oxşar vakansiya siyahısı:
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...