Qısa məzmun
PAŞA Bank ASC Business Systems Administrator vəzifəsi üzrə vakansiya elan edir.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Çeviklik və rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
- Biznes sistemlərinin tətbiqi ilə bağlı layihələrin icrası, biznes və texniki tələblərin hazırlanması;
- Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistem inzibatçılığının icrası; (patçların və yeniləmələrin quraşdırılması, monitorinqi və s.)
- Qəbul edilmiş proses, təlimat və qaydalara əsasən dəyişiklik, insident və problem tipli sorğuların qeydiyyatının aparılması və icrası;
- Daxil olan sorğuların vaxtında icra edilməsinin təmin edilməsi;
- Proqram təminatı istehsalçısı və partnyor şirkətlərlə kommunikasiyanın qurulması;
- Mövcud biznes sistemlərinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
- Biznes funksiyalarına texniki məsələlərlə bağlı kömək göstərilməsi;
- Müvafiq hesabatların hazırlanması və texniki sənədləşmənin aparılması.
Sizdən nə tələb olunur?
- Təhsil: IT, Tətbiqi Riyaziyyat, İqtisadiyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Biznes sistemlərinə dəstək üzrə ən az 2 il
- Lisenziya / Sertifikat: SQL, Sistem İnzibatçılığı
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: MS Office proqramları, SQL, Java
- Bazar üzrə biliklər: Bank üzrə biznes prosesləri
- Məhsul üzrə biliklər: ERP, HCM, ECM, CRM
Digər:
- Analitik və problem həll etmək qabiliyyəti
- Stressə davamlılıq
- Güclü ünsiyyət və komandada effektiv işləmək bacarıqları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.11.2021 tarixinədək başlıqda ““Business Systems Administrator” (Biznes Sistemlərinin Administratoru)” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
538₼
Proqram Layihəsinə Dəstək üzrə MütəxəssisAzəriMed LLC Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1200₼
Şəbəkə inzibatçısıAznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...