Təcrübə proqramı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Gadimlie Studio Təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir.

Təcrübə proqramı müxtəlif istiqamətlər üzrə həyata keçiriləcək. Bu istiqamətlərə Front-end, Back-end, Mobile development, Data science və Data mühəndisliyi, layihə menecerliyi, b2b satış, içtimaiyyətlə əlaqələr və marketinq, kopiraytinq və s. kimi istiqamətlər aiddir.

Təcrübə Proqramına kimlər müraciət edə bilər:

  • Texniki ixtisasların yuxarı kurs və ya yeni məzun olmuş tələbələr;
  • Texniki sənədləşməni anlaya biləcək səviyyədə ingilis dili biliyi olanlar;
  • Biznes proseslər, proqram təminatının hazırlanması və ümumilikdə İT sahəsinə marağı olanlar;
  • Nəticə yönümlü və komandada işləməyi bacaranlar.

Təcrübə proqramı çərçivəsində təcrübəçilərə təlimlərdə iştirak, real layihələrdə işləmək, mütəxissislərdən daimi dəstək almaq, əldə olunan nəticələrə təsir etmək imkanları yaradılacaqdır (təcrübə proqramını uğurlu bitirmək yalnız və yalnız təcrübəçidən asılıdır).

Təcrübə müddəti 4 aydır. Təcrübəçi kimi 4 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə şirkət tərəfindən xüsusi sertifikat, müsbət xasiyyətnamə veriləcəkdir və adları Gadimlie Studio-nun kadrlar bazasına daxil ediləcək. Bu gənclərdən ən yüksək nəticə göstərənlər işlə də təmin oluna bilərlər.

Namizədlərin tərcümeyi-halı (CV), motivasiya məktubu, maraqlı olduğu sahə üzrə xəbər-analitik səciyyəli qısa arayışdan ibarət sənədlər toplusunu müraciət etdiyi sahəni qeyd etməklə göndərməsi xahiş olunur.

Ümumilikdə proqram 14 vakansiya üzrə elan edilib. Müraciət üçün son tarix 20.11.2021-ci il saat 15:00. Təcrübə proqramı 01.12.2021-ci il tarixində başlayacaq. Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər müsahibələrə dəvət olunur.

Təcrübə proqramı ödənişsiz qaydada həyata keçiriləcəkdir. 

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı