Qısa məzmun
Mover MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Beynəlxalq daşıma və ya gömrük sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması;
- İşçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
- Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi;
- Şirkətin daxili və xarici bank köçürmələrinin icrası;
- Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların aparılması;
- Online kargüzarlıq və e-qaimə portallarında işlərin görülməsi;
- Vergilər Nazirliyi, DSMF və s. dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsi;
- Hesablarda mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsinin həyata keçirilməsi, bu barədə birbaşa rəhbərinə məlumat və hesabat verilməsi.
Tələblər:
- Təhsil: Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- İş təcrübəsi: Bu sahə üzrə 2 ildən çox iş təcrübəsi;
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə biliklər;
- MS Office (güclü səviyyədə Excel) bilikləri;, 1C 8.3
- Beynəlxalq daşıma və ya gömrük sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...