Qısa məzmun
Azərbaycan Beynəlxalq Bankı Büdcə şöbəsinə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Dövri əsasda fəaliyyət göstəricilərinin və onların nəticələri əsasında mükafatların hesablanması;
- Hesablanan əsas fəaliyyət göstəricilərinin nəticələrinin təhlili, təqdimatların hazırlanması və rəhbərliyə hesabatların verilməsi;
- Əsas faəliyyət göstəriciləri üzrə hədəflərə dair təkliflərin verilməsi;
- İşçilərlə bağlı xərclərin analizi, büdcə icrasının proqnozlaşdırılması və nəticələrin dövri təhlili.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən;
- SQL və Excel proqramları üzrə biliklərə sahib;
- Analitik təhlil bacarığı olan;
- Bank və maliyyə sektorunda 3-5 il iş təcrübəsinə sahib;
- Komandada iş bacarıqlarına sahib olan.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Büdcə şöbəsinə baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...