Qısa məzmun
Azərbaycan Beynəlxalq Bankı İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Görəcəyiniz işlər:
- Şikayətlərin qeydiyyatı və cavablandırılması;
- Şikayət edən müştərilər ilə görüşlərin təyin edilməsi və aidiyyəti üzrə araşdırılması;
- Şikayət yaradan məsələlərin təhlil edilməsi, aradan qaldırılması məqsədilə təkliflərin verilməsi və rəhbərliklə razılaşdırılması;
- Şikayətlərin analizi üçün müvafiq sifarişlərin verilməsi və struktur bölmələri ilə layihələrin yekunlaşdırılmasına dair işlərin görülməsi;
- Müştəri məmnuniyyəti üçün xüsusi yanaşma tələb edən şikayətlərin müvafiq komitələrdə müzakirəsi, memorandumların hazırlanması;
- Şikayətlərin qeydiyyatı və analitika üzrə sistemin optimallaşdırılması üçün təkliflərin verilməsi;
- Yazılı müraciətlər üzrə mübahisələndirilməyən cavab şablonlarının hazırlanması;
- Yeni şikayət kanallarının idarə olunan formatda mərhələləli açılmasının təhlil və təmin olunması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Bank sahəsində minimum 1 il iş təcrübəsi olan;
- MS Office (əsasən Excel) proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik olan şəxsdir.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İstehlakçı müraciətləri ilə iş şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Oxşar vakansiya siyahısı:
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...