MHBS hesabatlıq şöbəsinə aparıcı / baş mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı MHBS hesabatlıq şöbəsinə aparıcı / baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Bankın MHBS (İFRS) hesabatların hazırlanmasında iştirak etmək;
  • Kənar auditorlarla koordinasiya, sorğuların işlənməsi və məlumatların təqdim olunmasında iştirak etmək;
  • Maliyyə və beynəlxalq reytinq institutlarından daxil olan sorğuların aidiyyatı hissələrinin cavablandırılmasında iştirak;
  • Kənar auditor tərəfindən tələb olunan audit sübutlarının bankın digər strukturlarından toplamaq və təqdim etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
  • ACCA imtahanlarında ən az AB (F1), MA (F2), FA (F3), LW (F4) və FR (F7) imtahanlarında uğurla keçmiş namizədlərə üstünlük veriləcək;
  • Maliyyə hesabatlarının beynəlxalq standardlarının tətbiqi üzrə yüksək biliklərə sahib;
  • Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilən;
  • Excel  proqramları üzrə biliklərə sahib;
  • Analitik təhlil bacarığı olan;
  • Audit şirkətlərində minimum 1-3 il iş təcrübəsi olan; (Böyük dördlük audit şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
  • Komandada iş bacarıqlarına sahib olan;

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “MHBS hesabatlıq şöbəsinə aparıcı/baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı