Qısa məzmun
Ə/h 800-900 AZN. Amass Group Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Microsoft office proqramlarından istifadə bacarığı olmalıdır.
İş barədə məlumat:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı hesablanması
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
- Mal-materialların uçotunun aparılması
- İstehsal olunan malların maya dəyərinin hesablanması
- Aylıq hesabatlarınin tərtib edilməsi
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
- AR əmək məcəlləsinə əsasən işçilərin sənədləşməsinin aparılması
- İş rejimi: Həftə içi 6 gün (1-5-ci günlər 09:00-dan 17:00-dək)
- Şənbə günü (09:00-dan 15:00-dək)
Namizədə tələblər:
- Ali Təhsilli
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- 1C 8.3 versiyasında işləmə bacarığı
- Microsoft office proqramlarından istifadə bacarığı
Xahiş edirik, müraciət e-poçtunun mövzu bölməsində “Mühasib”vəzifəsini göstərin və bu ünvana göndərin: amassgroupazerbaijan@gmail.com
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...