Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Modenis LLC eManat Sistem inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən verilir.
Vəzifə öhdəlikləri:
- Sistemlər üzrə yenilikləri (updates) yoxlamaq və yenilənmə üzrə plan tərtib etmək
- Mövcud infrastruktur resurslarını istifadə edərək sistemləri quraşdırmaq və yeni versiyaları test etmək
- Sistemlərdə baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək
- Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək
- Sistemlərin idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək
- Öhdəsində olan sistemlərin idarə edilməsi üzrə prosedur və qaydaları tərtib etmək
- Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək
- Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparmaq
- Son istifadəçilərə köməklik göstərmək və bəsit təlimlər vermək
- Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək
- Sistemlərin düzgün və effektiv istifadəsi üzrə tövsiyələr vermək
- İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak etmək
Texniki tələblər:
- Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
- Sistem inzibatçılığı sahəsində 3 ildən çox iş təcrübəsi
- İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması)
- Server, Storage və Şəbəkə avadanlıqları (SAN-switch) ilə iş təcrübəsi
- UNIX/LINUX və Windows əməliyyat sistemlərinin (server) inzibatçılığı təcrübəsi
- E-Mail sistemlərinin (MS Exchange və s.) qurulması və sazlanması üzrə təcrübə
- Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübə
- Dayanaqlı klasterin qurulması və tətbiqi üzrə təcrübə (Vmware Vsphere, MS Hyper-v)
- Bulud texnologiyaları üzrə (MS Azure, Amazon WS, Google Cloud və MS Office 365) biliklər və iş təcrübəsi
- Şəbəkə texnologiyalarının prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə
- Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
- Məlumatların ehtiyata alınması və bərpası işləri üzrə təcrübə
Bacarıqlar:
- Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
- Analitik təhlil bacarığı
- Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
- Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırlması üzrə bacarıq
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
- Komanda şəklində işləmə bacarığı
- Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı
- Qeyd edilmiş texniki tələblər üzrə bilik və təcrübə səviyyəsi
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Sistem inzibatçısı – Aparıcı mütəxəssis” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...