Qısa məzmun
Baku Electronics Təsərrüfat şöbəsi üzrə mütəxəssis üzrə vakansiya elan edir. Gülərüz və mehriban kollektiv olmalıdır.
Vəzifə üzrə ümumi göstəricilər:
- Ali və ya orta ixtisas təhsil;
- Müvafiq sahədə 1-3 ilədək iş təcrübəsi;
- Komputer və ofis avadanlıqlarından istifadə qabiliyyəti;
- Komanda şəklində işləmək bacarığı;
- Gülərüz, nizam-intizamlı, stressə davamlı;
Vəzifə öhdəlikləri:
- Gündəlik daxil olan müraciətlərin (sifarişlərin) reyistrinin aparılması;
- Otaqların vəziyyətinə nəzarət etmək, inzibati binanın və mağazaların təmirini təşkil etmək, təmir işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
- Xidmət üzrə müqavilələrin bağlanması üçün lazım olan materialları rəsmiləşdirilməsi, dəftərxana ləvazimatının, vacib təsərrüfat materiallarının, avadanlığın, inventarın alınması və saxlanmasını təşkil etmək və şirkətin bölmələrini onlarla vaxtaşırı təmin etmək;
- Nahar fasiləsi zamanı işçilərinin yeməklə səmərəli təmin olunmasını təşkilini etmək;
- Təmizlik işlərini təşkil etmək və xidmət işçilərin fəaliyyətinə nəzarət etmək;
- Müraciətlərin statusu (hansı mərhələdə olması), sonda icrasının təmin olunub və ya olunmaması barədə məlumatı müəyyənləşdirmək və səbəbini aydınlaşdırmaq;
- Rəhbər tərəfindən tapşırılan digər tapşırıqların icrasını təmin etmək, baş verən fors-major hadisələrlə bağlı şöbə müdirinə məruzə etmək;
Müvafiq tələblərə uyğun olduğunuz təqdirdə CV-izi mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını – “Təsərrüfat şöbəsi üzrə mütəxəssis” qeyd etməklə hr@bakuelectronics.az – elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə mütəxəssis
HR Team MMC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...