Qısa məzmun
PASHA Bank Girovların İdarə Edilməsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
- Qiymətləndirmənin vaxtında aparılması və kənar qiymətləndirmə hesabatlarına vaxtında baxılaraq rəy verilməsi;
- Girovların müntəzəm monitorinqinin aparılması və girovların sığorta statusuna nəzarət;
- Müştərilərə qoyulan şərtlərin yerinə yetirilməsinə nəzarət;
- Müstəqil qiymətləndirmə aparan şirkətlərin hesabatlarına rəy verilməsi;
- Girovların sığortasına və girovlarla bağlı bütün məsələlərə nəzarət;
- Kənar qiymətləndirmə aparan şirkətlərin idarə edilməsi;
- Girov barədə məlumatların və qiymətləndirmə nəticələrinin vahid məlumat bazasına daxil edilməsində təşəbbüsün göstərilməsi;
- Əmlak bazarının təhlil edilməsi;
- Bankın risk siyasətinə əsasən girovların qiymətləndirilməsi, monitorinq prosedur və proseslərin təkmilləşdirilməsi;
- Girovların monitorinq prosedurlarının müəyyənləşdirilməsi və həyata keçirildikdən sonra nəzarət edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il
- Lisenziya/ Sertifikat: Aktivlərin qiymətləndirilməsi üzrə sertifikat
- Xarici dil: İngilis dili
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul biliyi: Avadanlıq, daşınmaz əmlak, tikinti, əmlak bazarı barədə texniki biliklər
Digər:
- Güclü ünsiyyət və konflikt həll etmək bacarığı
- İnnovativ düşünmə qabiliyyəti
- Bazar biliyi
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Girovların İdarə Edilməsi üzrə Mütəxəssis” və ya “Collateral Management Specialist” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq..