Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avrora Daxili Nəzarət Üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ali iqtisadi təhsil tələb olunur.
Vəzifələr:
- Risk dəyərləndirilməsi üzrə analizlərin aparılması
- Aşkar olunan neqativlərlə bağlı təqdimat,xidməti yazıların hazırlanaraq rəhbərliyə təqdim olunması
- Prosesdə olan boşluqlara nəzarətin təşkili, təkliflərin və tövsiyyələrin hazırlanaq rəhbərliyə təqdim olunması
- Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatlar təqdim etmək;
- Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş çatışmazlıqları, dələduzluq hallarını aktlaşdırmaq və onların aradan qaldırılması istiqamətində vaxtında tədbirlər görmək.
Sahə üzrə bilik və bacarıqlar:
- Risklərin idarəedilməsi (o cümlədən, müxtəlif sahələrdə (marketinq, logistika, istehsalat və s.) iş təcrübəsinə malik olan);
- Mənimsəmə və saxtakarlığın idarəedilməsini;
- Logo Tiger ERP üzrə biliklər
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə);
- Ən azı 2 il Daxili Audit, Daxili Nəzarət və ya Biznes Proseslərdə iş təcrübəsi;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
- Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
İş şərtləri:
- Həftədə 5 iş günü;
- İş vaxtı: 08:00-dan 17:00-dək;
- İş yeri: HÖKMƏLİ qəs;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Servis Avtobusu mövcudluğu
Biz nə təklif edirik:
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş çeşidi;
- Mükəmməl peşəkar komanda və mehriban mühit;
- Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Auditor” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...