Qısa məzmun
Proshine Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. Rəqabətə davamlı əmək haqqı və satışa görə bonus olacaqdır.
“PROSHİNE” MMC Azərbaycanda professional təmizlik vasitələrinin satışı ilə məşğuldur. Fəaliyətdə olduğumuz dövrdə keyfiyyətli və rəqabətə davamlı qiymətlərimizlə şirkətimiz bazarda müəyyən yeri artıq tutub. Bu missiyanı davam etdirmək və daha da geniş alıcı kütləsinə çatmaq üçün yeni satış təmsilçiləri axtarılır.
Vəzifə və öhdəliklər:
- Şirkət məhsullarının satışını həyata keçirmək
- Şirkətlərlə korporativ danışıqların aparılması;
- Potensial müştəriləri araşdırmaq və əməkdaşlığa cəlb etmək;
- Mövcud müştərilər ilə əlaqələri qoruyub saxlamaq və sifarişləri qəbul etmək;
- Müştərilərin istəklərini, tələblərini və şikayətlərini daima araşdırmaq, dəyərləndirmək və onlar haqqında rəhbərliyə məlumat vermək;
- Gürülmüş işlər barəsində gündəlik hesabatları rəhbərliyə təqdim etmək.
İş şəraiti:
- Həftəlik 5 günlük tam və 1 gün yarı iş rejimi;
- Müntəzəm təlimlərin verilməsi;
- Yanacaq kartı və korporativ nömrənin verilməsi;
- Karyera inkişafı imkanı;
- İş yeri: Bakı
- Rəqabətə davamlı əmək haqqı və satışa görə bonus.
Tələblər:
- Ali təhsil (arzuolunandır);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Korporativ satış bilikləri;
- Yaş həddi: 20-45;
- Sürücülük vəsiqəsi və şəxsi avtolmobil;
- Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
- Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış Təmsilçisi” qeyd edərək öz CV-lərini hr@proshine.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Məhsul üzrə menecer (Product manager) vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Nero Print Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
\Supertoys oyuncaq mağazasının Sədərəkdə yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...
Super Toys Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...
Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...