Bölgə müdiri
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Nurgun Holding Bölgə müdiri vəzifəsi üzrə vakansiya elan edir.

İş barəsində:

  • Satış təmsilçilərinin əmək fəaliyyətinə nəzarət etmək, istiqamətləndirmək və iş bölgülərini həyata keçirmək;
  • Rutları sistemləşdirmək və hər bir satış nöqtəsinə effektiv olaraq müntəzəm ziyarətlərin həyata keçirilməsini təmin etmək;
  • Satış nöqtələrində çeşidlərin yerləşdirilməsinə nəzarət etmək, yeni kampaniya və aksiyalar barədə məlumatlandırıldıqlarını yoxlamaq;
  • Mövcud bazarın vəziyyətinin təhlil etmək;
  • Rəqib şirkətlər haqqında zamanında və dolğun məlumat toplamaq;
  • Planların yerinə yetirilməsinə nəzarət etmək;
  • Satış təmsilçilərinin müştərilərdəki borclarının vaxtında alıb müştəri hesabından silinməsini həyata keçirmələrinə nəzarət etmək, lazımi xəbərdarlıqları etmək, bu borcların məsuliyyətini daşımaq və rəhbərliyi bu barədə mütəmadi olaraq məlumatlandırmaq.

Tələblər:

  • Ali təhsil;
  • Sürücülük vəsiqəsi;
  • Kompüter bilikləri;
  • Satış sahəsində iş təcrübəsi;
  • Analitik təhlil aparmaq bacarığı;
  • Mövcud bazardakı vəziyyəti  qiymətləndirməyi bacarmalı;
  • Yenilikçi, təşəbbüskar, inkişafa meyilli olmalı;
  • Ciddi, məsuliyyətli, prespektivli olmalı;
  • Yaş həddi 30-40 arası.

CV göndərərkən mövzu qismində “ Bölgə müdiri” sözünün yazılması mütləqdir!

Oxşar vakansiya siyahısı:

600 — 1300 ₼
Satış meneceri

AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı

800 — 1300 ₼
Optik Tibbi Nümayəndə

AzəriMed QSC Optik Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

07.01.2026 - Bakı