Qısa məzmun
RAM Holding Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Satınalma sifarişlərinin qəbulu və icra edilməsi
- Bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması
- Tender və təkliflər sorğusu əsasında qiymət sorğularının keçirilməsi
- Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərinin ( Bids Summary ) təqdim edilməsi
- Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi
- Satınalma sifarişlərinin 1C proqramına daxil edilməsi və 1C də müvafiq əməliyyatların icra edilməsi
- Struktur daxili müvafiq hesabatların hazırlanması, rəhbərə təqdim edilməsi və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsi
- Satınalma prosesində baş verə biləcək uyğunsuzların idarə edilməsi və həll yollarının tapılması
Namizədə dair tələblər:
- Mövcud sahədə ali təhsil;
- Satınalma sahəsində 2 illik iş təcrübəsi ( ehtiyat hissələri üzrə çalışmış əməkdaşlara üstünlük veriləcək);
- MS Office və 1C proqramları üzrə bilik- yaxşı səviyyədə.
- Xarici dil biliklərinin olması arzu ediləndir;
- Ezamiyyətə göndərilə bilər;
- Sürücülük vəsiqəsi ve şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
- Əmək haqqı: 800-1000 azn
- Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4
Maraqlanan namizədlər mövzu yerində “Daxili satınalma üzrə mütəxəssis” yazmaqla öz CV- lərini hr@ram.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervüya dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...