Qısa məzmun
Modenis LLC eManatAparıcı iOS proqramçı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- iOS platforması üçün mobil tətbiqlərin layihələndirilməsi və hazırlanması.
- Tətbiqlərin xüsusiyyətlərini müəyyən etmək üçün dizayn komandası ilə əməkdaşlıq.
- Spesifikasiyalara uyğun olaraq tətbiqlərin keyfiyyətinin və performansının təmin edilməsi.
- Potensial problemlərin müəyyən edilməsi və aradan qaldırılması.
- Relizlərdən əvvəl proqram xətalarının düzəldilməsi.
- Tətbiqlərin App Store-da dərc edilməsi.
- Proqram yeniləmələrinin layihələndirilməsi və həyata keçirilməsi.
Tələblər:
- iOS tətbiqlərinin proqramlaşdırılması sahəsində 3 ildən artıq təcrübə, iOS SDK bilikləri
- Yüksək səviyyədə Swift bilikləri
- OOP prinsipləri və dizayn patternləri üzrə dərin biliklər
- Müasir, nativ iOS Uİ və UX patternləri üzrə biliklər arzuolunandır
- Yüksək səviyyədə Cocoa Touch bilikləri
- Yaxşı səviyyədə GCD, CocoaPods, Realm, Autolayout bilikləri
- Foundation, UIKit, GCD, Multi-threading, Networking təcrübəsi
- REST, JSON ilə məlumatları uzaqdan idarə etmə təcrübəsi
- Üçüncü tərəf kitabxanalar və APİ-lar (Alamofire) ilə iş təcrübəsi
- Xüsusi freymvorkların yaradılması/dəstəklənməsi üzrə təcrübə
- VCS (GitHub/GitLab/Bitbucket/və s.) ilə iş təcrübəsi;
- CI/CD metodu ilə iş təcrübəsi
- Figma/Sketch və ya digər dizayn proqramları ilə iş təcrübəsi
- İngilis dili – intermediate və ya daha yüksək (ingilis dlində texniki sənədlərin oxunması və yazılması)
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Aparıcı iOS proqramçı” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...