Qısa məzmun
Ə/h 500-800 AZN. Bakı Dizayn Mərkəzi Qrafik dizayn müəllimi vəzifəsi üzrə vakansiya elan edir. Qrafik dizayn sahəsində minimum 5 il iş təcrübəsi olmalıdır.
İş barədə məlumat:
- İşin təsviri və öhdəlikləri:
- Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 3 qrupdur
- İş saatları namizədin cədvəlinə uyğun olaraq səhər və ya axşam qrupları ilə uyğunlaşdırılır
- Əlavə olaraq dərs proqramı hazırlamaq və dərs keçmək sahəsində təcrübəsinin olması arzuolunandır
- İş qrafiki həftə içi qruplara uyğun olaraq təyin ediləcək
- Mərkəzimiz Elmlər Akademiyası m/s yaxınlığında, Behbud Şahtaxtinski küçəsi 66/3 ünvanında yerləşir.
Namizədə tələblər:
- Adobe Illustrator, Adobe Photoshop, Adobe Indesign proqramlarını mükəmməl bilmək
- Qrafik və Veb dizaynın nəzəriyyəsini və təcrübə biliklərini tələbələrə aşılama bacarığı
- Dərs saatlarında vaxtında iştirak etmək və tədris materialına əsasən işləmək
- Tələbələrin suallarına və tapşırıqlarına vaxtında düzgün cavab və rəy bildirmək
- Tələbələrin dərsdə iştirak və fəaliyyətinin mütəmadi qiymətləndirilməsini müvafiq sistemə əsasən həyata keçirmək
- Qrafik dizayn sahəsində minimum 5 il iş təcrübəsi
- Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi
Oxşar vakansiya siyahısı:
3D dizayner
Brain Solutions 3D dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...