Xəzinədar
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Merkuri BOKT Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya üçün tələblər:

  • Yaş həddi: 21-30 yaş
  • Cins: Qadın
  • Ali təhsil (iqtisadi təhsil arzu olunandır);
  • İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
  • Nəğd pulla intensiv işləmə bacarığı;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Microsoft Office proqramlarını bilmək bacarığı;
  • Riyazi hesablama aparmaq və analitik düşünmə qabiliyyəti;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqətlilik.

Vəzifə öhdəlikləri:

  • Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
  • Müştərilərə hesablaşma-kassa xidmətinin göstərilməsi.
  • Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
  • Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
  • Nəğd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.

Tələblərə cavab verən şəxslər CV-lərini (şəkilli cv mütləqdir) info@merkuri.az ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı