Qısa məzmun
Caspian Traiding Centre Baş Kassir üzrə vakansiya elan edir.
İş Təsviri:
- Mağazada mövcüd olan bütün kontrol-kassa aparatlarında işləmək bacarığı
- Pul vəsaitlərinin qəbulu, hesabatı, təslimi və saxlanılması əməliyyatlarını həyata keçirir və təşkil edir
- Mağaza kassalarının fasiləsiz işini, satışın pik vaxtlarında kassirlərin yüksək iş fəaliyyətini, onların kassa əməliyyatları zamanı yol verdikləri səhvlərin minimal səviyyəyə enməsini təmin edir.
- Kassaların işində ticarət qaydalarına zidd olan halların olmamasına nəzarət edir
- Qiymətlərin dəyişilməsinə nəzarət edir
- Nəzarətçi-kassirlərin, kassirlərin işinin təşkil edir, kassa intizamına ciddi əməl olunması və pul sənədlərinin və pulların etibarlı mühafizəsini, həmçinin iş yerinin lazımi avadanlıqlarla, inventarla təmin edir
- Nasaz kassa maşınının vaxtında təmir olunmasını və təmirdən sonra qəbul olunmasını təmin edir.
- Kassalarda xırda pulun olmasına nəzarət edir. Kassa kitablarının və müəyyən olunmuş digər hesabat formalarının düzgün doldurulmasımı yoxlayır.
Tələblər:
- Ali təhsil (Üstünlük)
- Effektiv ünsiyyət bacarığı,
- Təfərrüatlara diqqət, dəqiqlik
- Bir ilə qədər iş təcrübəsi
İşə qəbul həftə içi V gün, saat 09:00-18:00-da Mərkəzi İdarədə / Binəqədi rayon, Dərnəgül şossesi, Ziya Bunyadov 13 də aparılr. Həmçinin CV-lərinizi “mövzu” yerinə “Baş Kassir” qeyd etməklə hr@topsupermarket.az ünvanına göndərə bilərsiz.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...