Sistem inzibatçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Xalq Bank Sistem inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə: İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsi – Sistem inzibatçısı (Microsoft)
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı

İŞİN TƏSVİRİ:

  • İT sistemlərinin daimi monitorinqi;
  • Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
  • Mövcud servislərin dayanaqlılığını təmin etmək;
  • Əməliyyat sistemlərinin və konfiqurasiya fayllarının mütəmadi ehtiyata alınması;
  • Bütün dəyişikliklərin sənədləşdirilməsi;
  • Server avadanlıqlarının quraşdırılması;
  • İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi;
  • 24/7 mövcudluğu;
  • Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
  • İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
  • MCSE: Core Infrastructure, MCSE Productivity Solutions Expert, VMware Certified Professional (VCP), sertifikatlarına sahib olması arzuolunandır;
  • Microsoft, VMware, istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə.
  • Windows Server (2012/2016/2019) əməliyyat sistemlərinin, role-service və tool-ları inzibatçılığı;
  • Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi – Active Directory, Group policy;
  • Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere, VMware HCI;
  • Sistem firewall ilə işləmək bacarığı;
  • Backup sistemləri ilə iş təcrübəsi – Veeam Backup and Replication;
  • High availability sistemləri ilə iş təcrübəsi;
  • Mail servisləri ilə iş təcrübəsi – Exchange server 2016/2019;
  • Server update repository-lər ilə iş təcrübəsi -WSUS;
  • Configuration Management tool-larla təcrübə – SCCM;
  • Avtomatlaşdırma tool-ları ilə iş bacarığı – Ansible.
  • İngilis və rus dilləri üzrə biliklər:
    ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
  • Sahə üzrə iş təcrübəsi ən azı 3 il.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı