Baş nəqliyyatçı
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Modenis LLC eManat Baş nəqliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Avtomobillərin gündəlik texniki göstəricilərinin yoxlanılması;
  • Günlük və aylıq olmaqla avtomobillərin yanacaq sərfiyyatına nəzarət və sərfiyyatın idarə edilməsi;
  • Nəqliyyat vasitələrinin istismarı üzrə texniki normativlərə riayət edilməsi prosesinə nəzarət etmək;
  • Avtomobillərin qaydalara uyğun olaraq istismarına və texniki təhlükəsizliyinə nəzarət etmək, sürücülərlə birbaşa işləmək iş bölgüsünin aparılması;
  • Fəaliyyət ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi:
  • Avtomobil və ümumi təhlükəsizlik məsələləri ilə bağlı öz təkliflərini birbaşa tabe olduğu rəhbərinə çatdırır, məsələlərin həlli ilə əlaqədar öz təkliflərini irəli sürür;

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə 3-5 il təcrübə
  • Sürücülük vəsiqəsi
  • Mükəmməl excel biliyi (müxtəlif hesabatların hazırlanması üçün)
  • İdarəetmə qabiliyyəti
  • Nizam-intizam və geyim kodeksinə tam nəzarət etmək
  • Azərbaycan dilində səlis danışmaq, rus dili biliyi arzuolunandır

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 6 günü (Bazar ertəsi – Cümə 09:00 – 17:00, şənbə günü 09:00-15:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@emanat.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Baş nəqliyyatçı” yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

751₼
Sürücü- ekspeditor

AZZA Cake House Sürücü- ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...

AZZA Cake House

24.07.2025 - Bakı