Restaurants F&B Brand Manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/ razılaşma yolu ilə. Sinteks Group of Companies Restaurants F&B Brand Manager vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Restaurant F&B/Brand Manager tələb olunur.

Vəzifənin rolu:

Bu rol brend standartlarına uyğun kafe şəbəkəsinin idarəolunmasını və işini təşkil edir.

Vəzifə öhdəlikləri:

  • Satış nöqtələrin gündəlik/həftəlik sifarişlərini kafe menecerləri tərəfindən vaxtında hazırlanmasını yoxlayır, sifarişin həmin kafenin satışına uyğun olmasını yoxlayır və sifarişlərin vaxtında yerləşdirilməsini təşkil edir. Ambardan sifariş olunan malların təchizatını təşkil edir
  • Satış nöqtələrin iş rejimini müəyyən edir və həmin rejimə nəzarət edir
  • Tabeçiliyində olan satış nöqtələrin iş qrafiki müəyyən edir və icrasına nəzarət edir
  • Satış nöqtələrin Brendin bütün standartlarına uyğunluğunu təmin edir, ələxsus- işçilərin uniforması, işçilərin zahiri görünüşü, müştərilərə təqdim olunan servisinin səviyyəsini və interyerin, avadanlıqların vəziyyətini
  • Öncədən hazırlanmış kafelərin vizit qrafikinə uyğun kafeləri gəzir və əməliyyat çekinq list vasitəsi ilə kafelərin vəziyyətini yoxlayır
  • Satış nöqtələrinə işçiləri işə götürür
  • Satış nöqtələrin təyin olunmuş aylıq satış planlarını yerinə yetirir
  • İstifadə olunan məhsulların beynelxalq və yerli tədarükçülərdən sifarişini edir
  • Satış nöqtələrin aylıq tullantıların minimum həddini aşmamasına nəzarət edir
  • Tabeçiliyində olan kafelərin sanitar qiqiyena və təıhlükəsizlik standatlarına riayət olunmasına nəzarət edir
  • İtkilərin qarşısını alır
  • Avadanlıqların vaxtı-vaxtında təmir edilməsini və daim saz vəziyyətdə olmasını təşkil edir
  • Ümumi anbara daxil olan malları qəbul edir və onlara cavabdehliyi daşıyır
  • Satış nöqtələrin inkişafını həyata keçirir

Əsas tələblər:

  • Təhsil:
  • Bakalavr dərəcəsi, Biznesin İdarəedilməsi/Menecment və ya digər müvafiq sahədə arzuolunandır
  • Təcrübə:
  • Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
  • İdarəetmə sahəsində ən az 1 il təcrübə
  • Professional biliklər:
  • Qida məhsullarının saxlanılma şəraiti və müddəti haqqında güclü biliklər
  • Rus dili mükəmməl, İngilis dili orta səviyyədə
  • MS Office Proqramları
  • Professional bacarıqlar və kompetensiyalar:
  • Liderlik
  • Ünsiyyət bacarıqları
  • Motivasiya bacarıqları
  • Danışıqların aparılması
  • Zamanın idarəolunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Restaurant F&B/Brand Manager” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...