Qısa məzmun
Kapital Bank PostgreSQL Mühəndisi (Junior/Mid level) vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Mövcud problemləri qiymətləndirmək və həmin problemlərinin həll olunması üçün müxtəlif komandaların proqramçıları ilə işləmək
- Proqram təminatlarının yerləşdirməsində yaranan çətinlikləri müəyyənləşdirmək və həll etmək
- Yeni yaradılacaq proyektlərin verilənlər bazasının strkturunu və həmin strukturda olan asılılıqları proqramçılar ilə işləmək.
- Təşkilat üçün verilənlər bazalarının arxitekturunu standartlaşdırma və avtomatlaşdırma prosesləri üzrə planını hazırlamaq
- İstifadə edilən sistemlərin vəziyyətini yoxlamaq, nəzarət etmək, və müvafiq hesabatların hazırlanması kimi gündəlik tapşırıqları yerinə yetirmək
- Konfiqurasiyanın idarə edilməsi və problemlərin aradan qaldırılması biliklərini qorumaq və artırmaq
- Dəstəklənən texnologiyalardan və infrastrukturdan istifadə edərək tətbiqlərin yerləşdirməsində fəal iştirak etmək
Tələblər:
- PostgreSQL mühəndisi kimi iş təcrübəsi
- SQL optimizasiyası
- Komanda əməkdaşlığı ilə innovativ həlləri tətbiq etmək bacarığı
- Yeni texnologiyaların öyrənməsinə həvəsli və yeniliklərdən daim xəbərdar olmaq
- İş yerində şəffafllıq və güvən mədəniyyətini prioritet tutmaq.
- Linux əməliyyat sistemi ilə təcrübəsi mütləqdir
- Docker və Kubernetes ilə iş təcrübəsi arzuolunandır.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına mövzü hissəsində vakansiyanın adı qeyd edərək CV göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...