Qısa məzmun
Buta Group Logistika üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
- Sifariş olunan məhsulların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi, qiymətlərinin alınması və tənzimlənməsi
- Ölkə xaricindən alınan məhsulun daşınmasının və anbara təhvilinə qədər bütün əməliyyatların həyata keçirilməsini təşkil etmək (təhlükəsiz şəkildə, tez zamanda və itkisiz )
- Logistika planlamasının hazırlanması( problemlərin aşkarlanması və təkmilləşdirmələr üçün ) və təchizatın logistik məsələlərinin idarə edilməsi üzrə cavabdeh olmaq;
- Logistikaya dair prosedur və proseslərə dair hərtərəfli biliklərin olması
- Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək
- Məhsulların statusu haqqında məlumatın mütəmadi yenilənməsi
- İncoterms 2000 və 2010 şərtlərini bilməli
- Qısa idxal bəyənnamələrinin gömrük əməkdaşı tərəfindən vaxtında yazılmasını təmin etmək
- Gömrük və beynəlxalq daşıma ödənişlərinin təşkili, daxili sistemdə qeydiyyatının aparılması
- Beynəlxalq daşımaya aid məlumatlarln daxili sistemdə qeydiyyatının aparılması və yükün çatdırılması prosesinin hansı mərhələdə olması barədə statusun mütəmadi yenilənməsi
Tələblər:
- Ali təhsil, 3 ildən çox əmək stajı (müvafiq sahədə);
- Azərbaycan, Rus və İnglis dillərini bilmək;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı;
- Məsuliyyətli, məqsədəyönümlü, intizamlı və gərgin iş şəraitində komanda ilə birlikdə işləmək bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- Biznes danışıqları aparmaq və təqdimat bacarığı;
- Təmkinlilik, etibarlılıq, özünə inam;
- Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı;
- Ofis proqramlarında işləmə bacarığı olmalı;
- 1 C proqramını bilmək
İş qrafiki:
- 6 günlük iş qrafiki
- Əmək haqqı bilik səviyyəsinə uyğun olaraq, dəyərləndiriləcək
- İş yeri: Bakı şəhəri (rayonlara ezam )
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hr@butagroup.com elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Logistika üzrə baş mütəxəssis “ qeyd edəsiniz.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...
FoxExpress MMC sürücü vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməlidir. ...
Hajigabul Poultry Farm Company Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
Deziline MMC sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...