Biznes Analitik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Ziraat Bank Azərbaycan ASC Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. Problem həll etmə bacarığı və analitik təfəkkür olmalıdır.

Vəzifəyə olan tələblər:

  • İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
  • Bank sektorunda minimum 3 il iş təcrübəsi;
  • İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
  • Komandada işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək;
  •  Biznes və texnologiyanın tələblərini anlamaq;
  • Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
  • Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
  • Türk/ Rus/İngilis/ dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
  • SQL, PL/SQL üzrə biliklər;
  • Funksional spesifikasiyanın yazılması və yaradılması;
  • Problemlərin həll edilə bilməsi və analitik təfəkkür;

Əsas vəzifələr:

  • Texniki tapşırıqların IT və digər əməkdaşlarla müzakirə edilməsi;
  • Tələblərin izlənilməsi;
  • Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
  • Biznes tələblərinə görə hesabatların hazırlanması;
  • Yeni funksionallığın test olunması;
  • Biznes tələblərin biznes departamentlərindən qeydə alınıb analiz olunaraq İT departamentinə ötürülməsi;
  • Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması;
  • Daim yeni texnologiyalar haqqında bilik sahibi olması;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Noyabr ayının 30-dək cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes analitik” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq

Oxşar vakansiya siyahısı:

Mobile Developer

Link: https://qlor.me/lwetylrrz0 Təsvir Responsibilities: Providing technical support for ready-made modules Formulate software specifications and basic prototypes Devel ...

Ateshgah Insurance Company

20.05.2024 - Bakı