Qısa məzmun
Damla Mebel MMC Elektro mexanik vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış
- mebel materiallarından istifadə olunur.
- Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.
- Vakansiya: Elektro-mexanik
- Vəzifə öhdəlikləri:
- Mebel istehsalı sahəsində avadanlıqların vaxtlı-vaxtında təmiri
- Avadanlıqlarda elekrtiklə bağlı baş vermiş problemlərin aradan qaldırılması
- Avadanlıqlara baxış və profilaktik tədbirlərin həyata keçirilməsi
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək
- İş şərtləri:
- Həftədə 6 iş günü, 1 gün (bazar) istirahət
- İş vaxtı 08:30-dan 18:30-dək
- Əmək haqqı: 1000-1100 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq)
- İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
- Servis xidməti fəaliyyət göstərir. (20 Yanvar metrosu,Saray qəsəbəsi,Xırdalan və Sumqayıt şəhərləri)
Namizədə tələblər:
- Orta texniki və ya bu sahadə sertifikatlarının olması
- Bu sahədə ən az 3-5 il iş təcrübəsi
- 25-50 yaş aralığında
- İstehsal sahəsində təcrübə
- Komandada işləmək bacarığı
- Problemləri operativ həll etmək bacarığı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Elektro-mexanik” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...