İnformasiya Təhlükəsizliyi İnzibatçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Rabitabank OJSC İnformasiya Təhlükəsizliyi İnzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət;
  • İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;
  • İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsində iştirak;
  • İT infrastrukturu obyektlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi;
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında iştirak;
  • Əməkdaşların informasiya təhlükəsizliyi tələbləri ilə tanış olması üçün təlimlərin keçirilməsi.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali təhsil;
  • İnformasiya təhlükəsizliyi sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
  • İnformasiya sistemlərinin müdafiəsi üsullarını bilmək. (Zərərli koddan müdafiə, DLP, SIEM, IDS/IPS, E-mail Security, Web Application Firewall (F5, Imperva),
  • Vulnerability Scanners (Nessus, Rapid7), ATM and PoS security, OTP systems (RCdevs, OpenOTP), Antivirus, Proxy sistemlərindən istifadə edə bilmək). Eləcə də
  • Verilənlər bazası, web səhifələr və kod təhlükəsizliyi üzrə minimum biliklərin (ilkin tanışlığın) olması;
  • Şəbəkə təhlükəsizliyi üzrə anlayışların və biliklərin olması;
  • İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı və nəticə üzrə işin planlanmasını təmin etmək.
  • Windows və *NİX əməliyyat sistemlərini inzibatçı səviyyəsində bilmək;
  • Təhlükəsizlik üzrə sənədləşmə işlərinin həyata keçirilməsi və hesabatların hazırlanması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi İnzibatçısı” göstərməyiniz xahiş olunur.

ƏLAQƏ VASİTƏLƏRİ:

  • E-mail: career@rabitabank.com
  • Telefon: (012) 598 44 88
  • Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı